Siyasət

"Paşinyanın impiçmentinə az qalıb" - Qalstanyan

10 May 2024 09:55
Baxış: 499

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu impiçment prosesi bir qədər vaxt apara bilər.

Milli.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt aparmayacaq", - Qalstanyan deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda müxalifət dinc etiraz aksiyaları planlaşdırır.

Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament fraksiyası impiçment proseduruna başlamağa hazırdır.

Xatırladaq ki, dünən müxalifət İrəvanın mərkəzində iri miqyaslı mitinq keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.