Siyasət

Ceyhun Bayramov Lavrovla telefonla danışdı

23 Mart 2024 15:25
Baxış: 691

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən "Crocus City Hall" mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.