Yunanıstanın müdafiə naziri İrəvanda... - Yeni silah marşrutu yaranır?
Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlib. Və bu səfərlərin erməni baş nazirin Fransa və Yunanıstana gedişindən sonra baş verməsinin Ermənistanın silahlanlanma işini şaxələndirməsi ilə bağlı olduğu bəllidir.
Milli.Az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında yazıb.
Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir.
Birincisi, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir: Yunanıstan həm də arsenalında olan Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir, misal üçün, ötən il Fransa-Almaniya istehsalı olan "Milan" tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi;
İkincisi, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər: Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur, istisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub;
Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir, Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir.
Burada hadisələrin xronologiyası diqqətdən yayınmır: Paşinyan 21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi; 23 fevralda erməni baş nazir gürcü həmkarı ilə telefon müzakirəsi apardı; 27 fevralda Nikol Afinaya uçdu; 28 fevralda Ermənistanın Gürcüstandakı səfiri bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdü; və bu gün (4 mart) yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə edir;
Bu trafik Ermənistanın silahlanmasında Paris-Afina-Tbilisi-İrəvan marşrutunun prioritet yola çevriləcəyini deməyə əsas verir və aydındır ki, daşınacaq silahlar "Bastion" kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tbilisinin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında "nəfəslik rolu"nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı "Bastion"ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq





