Siyasət

Malayziya Baş naziri İlham Əliyevə təbrik ünvanlayıb

22 Fevral 2024 17:12
Baxış: 494

Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.