Siyasət
Dağlıq Qarabağ problemi BMT TŞ-də müzakirə edilib
2 İyun 2012 10:05
Baxış: 387
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (Arria Formulası görüşü) təşkil edilib.
BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv-dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib.
Müzakirələrdə əsas natiqlər qismində Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.
Görüşü giriş sözü ilə açan Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev bugünkü müzakirələrin mövzusunun əhəmiyyətindən danışıb. O bildirib ki, görüşün məqsədi BMT Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həlli kimi vacib məsələlər üzrə müzakirələr keçirmək və davamlı və beynəlxalq hüquqa əsaslanan sülh və barışın təşviq edilməsində vasitəçiliyin, hüquqa və ədalətə əsaslanan həllin rolunu işıqlandırmaqdır.
Sonra çıxış edən nazir müavini Əzimov münaqişəli vəziyyətlər, xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişə kontekstində aparılan vasitəçilik səylərindən söz açmış, onun müxtəlif aspektləri, habelə uğurlu vasitəçiliyin əsas faktorları barədə öz fikirlərini bölüşüb.
Vasitəçilik səylərinin boşluqda cərəyan edən proses olmaması, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlməməsi və mütləq şəkildə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmasının vacibliyi natiqlərin çıxışlarının əsas ana xəttini təşkil edib.
Görüşdə iştirak edən Ermənistanın BMT yanında daimi nümayəndəsi müzakirələrin mövzusu və ruhuna zidd tərzdə çıxış edərək, natiqlərin səsləndirdikləri fikirləri təhrif etməyə cəhd göstərib. O, xüsusilə, nazir müavini Əzimovun istinad etdiyi münaqişənin Azərbaycanla onun ölkəsi arasında baş vermədiyini bildirib və Azərbaycanı bu münaqişənin həlli üzrə vasitəçilik səylərini heçə endirməkdə günahlandırıb.
Əzimov cavab olaraq bildirib ki, sözügedən münaqişənin məhz Ermənistanla Azərbaycan arasında baş verdiyinə dəlalət edən çoxlu sayda sübutlar mövcuddur. Onlardan ikisini qeyd etmək kifayətdir. Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan vətəndaşları xidmət edir və ələ keçirilən Ermənistan əsgərlərinin sənədləri bu faktı təsdiq edir. İkinci, münaqişənin həlli üzrə danışıqlarda münaqişə tərəfi kimi məhz Ermənistan Respublikasının dövlət başçısı iştirak edir.
Ermənistan nümayəndəsinin qeyd etdiyi digər məqama cavab olaraq Əzimov bildirib ki, Ermənistan 2011-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair qətnamə üzrə konsensusa qoşulmayan yeganə dövlət olub. Belə olan halda isə bu dövlətin nümayəndəsinin vasitəçilik səylərinin əhəmiyyətindən söz açması təəccüb doğurur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)