Siyasət

Nazir: "İran qonşumuzdur, amma neqativ məsələlərə köklənməməliyik"

27 Yanvar 2024 12:38
Baxış: 861

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət yetiriləcəyini deyib.

Milli.Az report-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir deyib ki, əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.

Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".

Nazir bildirib ki, mürəkkəb məqamlar varsa, İran tərəfi ilə bunu danışmalıyıq və danışırıq:

"İran bizim qonşumuzdur, ancaq neqativ məsələlərə köklənməməliyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.