Siyasət

2024-də İrəvan “ağrılı sənəd” imzalayacaq - Poqosyan

21 Dekabr 2023 17:55
Baxış: 895

Ermənistan hakimiyyəti demək olar ki, Azərbaycanın bütün əsas tələbləri ilə razılaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Ara Poqosyan söyləyib.

"Artsax"ın erməni hakimiyyəti tərəfindən rəsmi olaraq rədd edilməsi Qarabağın qeyd-şərtsiz Azərbaycan dövlətinin bir hissəsi kimi tanınması deməkdir. Digər bir gerçəklik isə Azərbaycanın təklif etdiyi sülh sazişidir. Ermənistan rəsmiləri Azərbaycanın əsas tələblərinin demək olar ki, hamısı ilə razılaşıb", - o bildirib.

Ekspert deyib ki, sülh müqaviləsi imzalanarsa, Qarabağ ermənilərinin qayıdış problemi və Qərbi azərbaycanlıların qayıdış məsələsi beynəlxalq aləmdə eyni statusa malik olacaq:

"Erməni rəsmilər statusun bərabərləşməsini qəbul etsələr, bu, Ermənistan üçün növbəti kapitulasiya olacaq", - o vurğulayıb.

Azərbaycanla Naxçıvan arasında quru sərhədlərin açılması barədə danışan Poqosyan bildirib ki, gömrük xidməti ermənilərin nəzarətindən çıxacaq:

"İlham Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti Zəngəzur dəhlizindən imtina etsə də, Ermənistan Azərbaycan və Naxçıvan arasında maneəsiz hərəkəti təmin etməyə borcludur. Əliyev açıq şəkildə vurğulayıb ki, yol maneəsiz, heç bir prosedur tələb etmədən olmalıdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.