Siyasət

Bayramov və Mirzoyan bu tarixdə görüşəcək

13 Dekabr 2023 23:58
Baxış: 948

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.

"Hazırda imzalanacaq yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda XİN rəhbərlərinin görüşündə biz bu mətni razılaşdıracağıq", - deyə diplomat bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.