Prezident Administrasiyasında AK Parti nümayəndə heyəti ilə görüş keçirilib
Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib.
Ədalət Vəliyev dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb.
Zafer Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiyalararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb (Foto)
XƏBƏR LENTİ
-
İsti havalarda su əvəzinə süd için
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif
-
Bakıda nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı
-
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
-
Kiftəli badımcan əzməsi
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi





