Siyasət

İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqlədi

22 Noyabr 2023 16:50
Baxış: 855

Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı müvafiq qanun imzalayıb.

Qanuna əsasən, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi" təsdiq edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.