Siyasət

Mehriban Əliyeva: İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının genişlənməsi ciddi narahatlıq doğurur

15 Noyabr 2023 17:16
Baxış: 616

İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciətində yer alıb.

"Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir", - deyən birinci xanım həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.