Siyasət

Gələn il Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək

3 Noyabr 2023 20:42
Baxış: 572

Gələn il Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.

"Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər", - Bəyanatda vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.