Siyasət

Füzulidə atəşfəşanlıq - VİDEO - FOTO

17 Oktyabr 2023 21:00
Baxış: 780

Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər günü ilə bağlı proqram iki hissədən ibarət olub.

Birinci hissədə 8 guşədən ibarət "Füzuli hücrələri" adlı bədii kompozisiya, həmçinin Ümummili Lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, "Yedditəpə kurqanlar" abidəsinə, "Azərxalça"ya aid sərgilərlə yanaşı, konsert proqramı və meydan səhnəciyi nümayiş olunub.

Daha sonra proqramın ikinci hissəsi başlayıb.

Burada "Natiq ritm qrupu"nun repertuarından "Dəmir yumruq" kompozisiyaı və digər bir neçə ritmik mahnı səsləndirilib.

Proqrama Füzuli şəhər günü münasibətilə atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Füzuli şəhər günü Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.