Siyasət

Avropa ölkələri Türkiyəyə qarşı yeni oyun qurur

13 Oktyabr 2023 18:32
Baxış: 980

Avropa Birliyi, Avropa qurumları və təşkilatları fərqli ölkələrin maraqlarını təmsil edir. Avropanın ümumi marağı deyilən anlayış yoxdur. Fransanın, Almaniyanın və ya başqa ölkələrin maraqlarını təmin edən Avropa məmurları var. Burada Türkiyənin mövqeyindən narahat olan bəzi Avropa ölkələri siyasi oyunbazlıq etmək istəyir.

Bu sözləri Axar.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Hüseynov bildirib ki, Türkiyə açıq və səmimi şəkildə Fələstinin sadə xalqının yanında olduğunu, HƏMAS-a, o cümlədən istənilən terrora qarşı durduğunu deyib:

"Türkiyə və Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkələrdir. Ona görə də Azərbaycan və Türkiyə həmişə istənilən terrora qarşı olub. Sadə insanlara edilən şiddətə də səsini ucaldıb. Həmçinin, Qəzza zolağında sadə fələstinlilərin başına gələn fəlakət və qadın-uşaq itkisinə Türkiyə susan deyil. Yəqin ki, bundan kiminsə xoşu gəlmir və öz siyasi oyunbazlığı üçün istifadə etmək istəyir. Ancaq Türkiyənin mövqeyi bəlli, gücü də ortadadır".

Qeyd edək ki, Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa ölkələrinin Brüsseldə keçirilən ikinci konfransında bildirib ki, Türkiyə AB və NATO-nun, yoxsa Rusiya, İran, HƏMAS və Hizbullahın tərəfində olduğunu seçməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.