Siyasət

"Avropa Parlamenti işğalçılığı dəstəkləyənlərin yuvasına çevrilib"

5 Oktyabr 2023 18:28
Baxış: 726

Uzun illər Azərbaycan torpaqlarının işğalda qalmasına göz yuman, işğalçı Ermənistana heç bir təzyiq göstərməyən Qərbin bəzi qurumları bu ikrah doğuran fəaliyyətlərini hazırda da davam etdirirlər. Bu cür fəaliyyətlərin başında isə Avropa Parlamenti dayanır. O Avropa Parlamenti ki, işğalçılığı, terroru dəstəkləyənlərin, necə deyərlər, yuvasına çevrilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bərk qeyzlənən Avropa Parlamenti sentyabrda keçirilən lokal xarakterli antiterror tədrbilərindən sonra da bərk sancılanıb.

"Bu sancılanmanın nəticəsi olaraq Avropa Parlamenti Avropa İttifaqına Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı müraciət ünvanlayıb. Əslində, AP-nin bu cür həyacanlanması və panikatak keçirməsi başadüşüləndir. Axı, bir-bir ələ keçirilən separatçıların öndə gələnləri, istintaqa maraqlı ifadələr verməyə başlayıblar. Görünür AP-dəkiləri sancılandıran bu məqamdır. Yəni, yəqin ki, onlar həbs edilən separatçıların hər şeyi etiraf edəcəyindən qorxurlar.

Böyük ehtimalla bu etiraflar içərisində AP üzvlərinin separatçılara hansısa maddi maraq qarşılığında verdikləri gizli dəstəklə bağlı məlumatlar da ola bilər. Çünki AP-nin bəzi üzvlərinin, hətta vitse-prezidentlərindən birinin rüşvət və korrupsiya qalmaqalı ilə bağlı faktların ortaya çıxmasından heç də çox zaman keçməyib", - deyə deputat bildirib.

O əlavə edib ki, Qərbin ermənipərəst dairərlərinin Azərbaycana qarşı heç bir əsası olmayan bu cür çağırışları da bundan əvvəlkilər kimi kağız parçası olaraq qalacaq və Azərbaycana planlaşdırılan təzyiqlər yenidən fiasko ilə nəticələnəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.