Siyasət

Qarabağda nə qədər erməni qalacaq? - BMT açıqladı

2 Oktyabr 2023 22:50
Baxış: 2 114

BMT komandası regionda qalan icmaların nümayəndələrindən eşidib ki, Qarabağda 50-1000 arasında etnik erməni qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

O, BMT missiyasının yaydığı bəyanatı təkrarlayaraq, BMT nümayəndələrinin regiona bir günlük səfəri zamanı bütün dükanların bağlanmasına baxmayaraq, mülki infrastrukturun, o cümlədən məktəblərin, xəstəxanaların dağıdılması faktlarının aşkar edilmədiyini bildirib.

"Onlar son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı heç bir məlumat eşitməyiblər, nə mal-qara, nə də ev heyvanlarının öldüyünə, kənd təsərrüfatı infrastrukturunun dağıdılmasına rast gəlinməyib", - BMT sözçüsü bildirib.

Düjarrik qeyd edib ki, BMT komandası Qarabağa səfərini başa vurub, lakin regionda vəziyyətin monitorinqi üçün Azərbaycan hökuməti ilə işi davam etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.