Siyasət

Erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırırıq - XİN

28 Sentyabr 2023 14:23
Baxış: 1 313

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

"Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır", - deyə qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.