Siyasət

Ramin Məmmədovun Yevlaxda erməni sakinlərlə növbəti görüşü olacaq

28 Sentyabr 2023 14:18
Baxış: 946

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, deputat Ramin Məmmədovun yaxın vaxtlarda Yevlaxda Qarabağın erməni sakinlərin nümayəndələri ilə növbəti görüşü planlaşdırılır.

Qeyd edək ki, Ramin Məmmədov Yevlaxda və Xocalıda erməni sakinlərin nümayəndələri ilə artıq bir neçə görüş keçirib. Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.