Xankəndidə dəhşətli partlayışı kimlər törədib? - Planın üstü açılır...
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində çoxsaylı yaralıların olduğu iddia edilir. Artıq Bakıdan Xankəndiyə tibbi yardım da göndərilib.
Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı feysbuk hesabında yazıb.
O bildirib ki, bu ərazilərdə mərkəzi hakimiyyət tam bərpa olunmadığı üçün hadisənin nəticələrini aradan qaldırmaqda çətinlik yarana bilər.
"Burada əsas diqqət çəkən məqam partlayışdan sonra Qarabağın hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması fikirlərinin gündəmə gəlməsidir. Bu fikirlər Ermənistanda bəzi dairələr, xüsusilə radikal çevrələrdə təmsil olunanlar və Xankəndində təslim olmağa hazırlaşan separatçılar tərəfindən irəli sürülür. Və bu, partlayışla bağlı müəyyən şübhələrə də yol açır.
Əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər. Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır, həm keçmiş, həm hazırki "rəhbərlər".
- keçmiş "rəhbərləri" təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;
- hazırki "rəhbərlər"in əsas missiyası isə Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları "təhlükəsiz" şəraitdə bölgədən çıxarmaq ola bilər;
Bu baxımdan, partlayışın arxasında separatçıların dayanması versiyası istisna edilməməlidir. Onlar üçün insan ölümünün o qədər də əhəmiyyətli olmadığı işğal dövründən bəllidir.
Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər, əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək. Çünki yanacaq problemi var idi, Yevlax görüşündə də Azərbaycanın mərkəzi hakimiyyətindən yanacaq istəmişdilər və bununla bağlı dəstək aldılar. Ermənilərin Ermənistana daşınması əsasən nəqliyyat vasitələri ilə həyata keçirilir, bu baxımdan, partlayan yanacaq çəni dolu olubsa, bu, nəqliyyatın hərəkətində problemlər yaradacaq. Ermənilərin kütləvi getməsini istəməyənlər də partlayışıda maraqlı ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü





