Siyasət

Ermənistanın sərhədə hərbi texnika toplamasına - Azərbaycandan reaksiya

8 Sentyabr 2023 18:54
Baxış: 1 463

"Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Onlarla tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yaylım atəşi sistemləri, onlarla müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı keçirilən birinqdə bildirilib.

Qeyd olunub ki, Ermənistan öhdəliklərini pozaraq, bu qüvvələrin saxlanılması üçün texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisində saxlanılan silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşir.

Bundan başqa, son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.