Siyasət

Ceyhun Bayramov Macarıstan XİN rəhbəri ilə görüşdü - FOTO

4 Sentyabr 2023 16:48
Baxış: 569

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" (Twitter) hesabında qeyd edilib.

Təkbətək görüşdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş davam edib.

Xatırladaq ki, Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib.

səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nazir səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.