Siyasət

Şavkat Mirziyoyev: Azərbaycan və Özbəkistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib

22 Avqust 2023 23:11
Baxış: 616

Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

"Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə biz tanıyırıq, öyrənirik, həm görüşürük, həm də yaxınlaşırıq", - deyə Ş.Mirziyoyev əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.