Siyasət

İRNA agentliyi yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq

21 İyul 2023 21:02
Baxış: 640

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Şuşa Qlobal Media Forumunda məlumat verilib.

Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev bildirib ki, "İRNA Azərbaycan" iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.

"Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun", - deyən dövlətimizin başçısı bu media orqanının fəaliyyətinə uğurlar arzulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.