Siyasət

Prezident: Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq

11 İyul 2023 19:15
Baxış: 522

Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq, çünki qonşu ölkələrdən sifarişlər gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.