Siyasət

Azərbaycan Ordusu Xankəndiyə girir, patrul yaradılır - Ohanesyan

11 İyul 2023 11:28
Baxış: 2 066

Rusiya güclünün tərəfini tutur. İnd isə güclü Ermənistan deyil, Azərbaycandır.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Samvel Ohanesyan deyib.

"Ermənistanı nə gözləyir? Yaxın vaxtlarda "Qarabağ müdafiə ordusu" (separatçı tör-töküntülər) buraxılacaq. Azərbaycan Ordusu Qarabağa daxil olacaq və öz nizamını quracaq. Qarabağın erməni əhalisinin inteqrasiyası başlanacaq. Ola bilər ki, birgə patrul nəzarəti barədə qərar veriləcək (Rusiya sülhməramlıları və Azərbaycanın güc strukturları), ancaq bu bizim üçün çox yüngül anesteziya olacaq", - S.Ohanesyan qeyd edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.