Siyasət

"Çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun"

7 İyul 2023 14:22
Baxış: 408

Bu gün Sizinlə (Azərbaycan Prezidenti ilə-red.) burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüş zamanı bildirib.

Son illərdə Albaniya-Azərbaycan əməkdaşlığının həm siyasi, həm də iqtisadi sahədə dinamik inkişaf etdiyini vurğulayan Bayram Beqay deyib: "Sizin (Prezident İlham Əliyevin-red.) də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.