Siyasət

"Azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik" - Ombudsman

29 İyun 2023 17:36
Baxış: 624

Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə Ombudsmanın "Twitter" səhifəsində paylaşım edilib.

"Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Dövlət televiziyasının bununla bağlı bəyanatında bildirilib ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.