Siyasət

Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tam tərksilah edilməsi qaçılmazdır - Hərbi ekspert

28 İyun 2023 09:27
Baxış: 1 218

Azərbaycanda Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar.

Milli.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz Facebook hesabında yazıb.

"Nəticədə, məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanmışdır. Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilmişdir. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilH edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir", - deyə hərbi ekspert bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.