Siyasət

Düşmən Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər istiqamətlərindəki mövqelərimizi atəşə tutdu

3 İyun 2023 11:01
Baxış: 1 689

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.