Siyasət

Lavrovun xüsusi nümayəndəsinə Azərbaycanın sülh sazişi üzrə danışıqlarda mövqeyi bildirilib

12 May 2023 17:50
Baxış: 847

12 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib.

Rusiya XİN nümayəndəsi regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.