Siyasət

Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak

3 Aprel 2023 08:26
Baxış: 3 921

Ermənistanın "Hraparak" nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında "əlbəyaxa" dava olduğu haqda məlumat yayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, erməni mediası "öz mənbəsinə" istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə "əlbəyaxa dava" etdiyini iddia edib.

Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin "əlbəyaxa dava"sı deyil, erməniləri qabağına qataraq, Azərbaycan ərazisindən qovub çıxartdığı görünür.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətinə götürüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.