Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir - VİDEO
Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.
Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu (FOTO)
-
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib
-
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - (FOTO)
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
XƏBƏR LENTİ
-
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
-
Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxs barədə qərar verildi
-
Azərbaycanda məktəblərin sürətlə bağlanmasının səbəbi bəlli oldu
-
Koçaryana qarşı cinayət işi başlanacaq
-
Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - (Video)
-
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu (FOTO)
-
Bakıda mağaza işçisi obyektdən 10 min manat oğurladı
-
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - (Video)
-
Bakıda DİN-dən əməliyyat: 51 kiloqram marixuana və 2000 ədəd metadon həbi ələ keçirildi
-
Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO
-
Kambyaso “Barselona”ya transfer olunmaq istəyir
-
Cəmil ata olacaq - FOTO
-
"Zirə"nin də Avro kubokdakı potensial rəqibləri müəyyənləşdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"
-
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
-
Azərbaycanda işçilərə şirkətlərdə pay verilməsi təklif edilir - Yeni mexanizm
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
-
Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
-
Elgiz efirə qayıdır - Özü açıqladı





