Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir.
Milli.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Təhsil Tələbə Krediti Fondu ötən beş il ərzində minlərlə tələbənin təhsil haqqının maliyyələşdirilməsinə və təhsilə əlçatanlığın artırılmasına töhfə verib.
Fondun məlumatına görə, fəaliyyətə başladığı dövrdən bu günədək e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 minə yaxını rəsmiləşdirilib. Hazırda kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir.
Beş il ərzində ümumilikdə 80 milyon manatdan artıq vəsait ayrılıb. Bunun 78 milyon manatdan çoxu birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılan vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxını isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.
Qeyd olunub ki, geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələrə ümumilikdə 766 min manatdan çox kredit məbləği bağışlanıb.
Təhsil pillələri üzrə bölgüdə kredit müqavilələrinin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.
Fondun statistikası kredit alanların 64 faizinin qadın, 36 faizinin isə kişi tələbələr olduğunu göstərir. Bu da qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində Fondun mühüm rol oynadığını ortaya qoyur.
Məlumata görə, son beş ildə 35 əməkdaşlıq memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.
Fondun fəaliyyəti beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, qurum 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşmasına görə "QS Reimagine Education" beynəlxalq tanınma sertifikatına layiq görülüb.
Hazırda Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti 84 mindən çox kredit müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi və minlərlə gəncin təhsil imkanlarının genişləndirilməsi ilə xarakterizə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
İmdad Əlizadə "Ölkə.az" saytının baş redaktoru təyin edildi
-
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
XƏBƏR LENTİ
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - (Video)
-
Bakıda DİN-dən əməliyyat: 51 kiloqram marixuana və 2000 ədəd metadon həbi ələ keçirildi
-
Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO
-
Kambyaso “Barselona”ya transfer olunmaq istəyir
-
Cəmil ata olacaq - FOTO
-
"Zirə"nin də Avro kubokdakı potensial rəqibləri müəyyənləşdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"
-
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
-
Azərbaycanda işçilərə şirkətlərdə pay verilməsi təklif edilir - Yeni mexanizm
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
-
Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
-
Elgiz efirə qayıdır - Özü açıqladı
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
Bloqer Ayselin zəhərlənib, vəziyyəti yaxşı deyil - FOTO
-
İmdad Əlizadə "Ölkə.az" saytının baş redaktoru təyin edildi
-
"Real" portuqaliyalı ulduzu transfer etdi
-
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
-
Mehmet Ali Erbil haqqında yeni iddia: 21 yaşlı qızı iş bəhanəsi ilə evinə çağırıb
-
Medinanın yeni klubu bəlli oldu - Yenilənib
-
Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"





