AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17 iyun 2026-cı il, Bakı - Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib.
Milli.Az xəbər verir ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir.
Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.
Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır.
Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
İmdad Əlizadə "Ölkə.az" saytının baş redaktoru təyin edildi
-
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
XƏBƏR LENTİ
-
Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxs barədə qərar verildi
-
Azərbaycanda məktəblərin sürətlə bağlanmasının səbəbi bəlli oldu
-
Koçaryana qarşı cinayət işi başlanacaq
-
Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - (Video)
-
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu (FOTO)
-
Bakıda mağaza işçisi obyektdən 10 min manat oğurladı
-
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - (Video)
-
Bakıda DİN-dən əməliyyat: 51 kiloqram marixuana və 2000 ədəd metadon həbi ələ keçirildi
-
Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO
-
Kambyaso “Barselona”ya transfer olunmaq istəyir
-
Cəmil ata olacaq - FOTO
-
"Zirə"nin də Avro kubokdakı potensial rəqibləri müəyyənləşdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"
-
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
-
Azərbaycanda işçilərə şirkətlərdə pay verilməsi təklif edilir - Yeni mexanizm
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
-
Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
-
Elgiz efirə qayıdır - Özü açıqladı
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi





