Azərbaycanda işçilərə şirkətlərdə pay verilməsi təklif edilir - Yeni mexanizm
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Məcəlləyə "İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə ediləcək.
Yeni mexanizmə görə, şirkətlər əməkdaşlarına və rəhbər şəxslərinə müəssisənin paylarını güzəştli şərtlərlə və ya ödənişsiz təqdim edə, həmçinin gələcəkdə həmin payları əldə etmək hüququ verə biləcəklər.
Layihədə qeyd olunur ki, işçinin pay sahibi olması müəyyən müddət şirkətdə çalışması və ya qarşıya qoyulan hədəflərə nail olması kimi şərtlərlə əlaqələndirilə bilər. Əmək münasibətlərinə xitam verilməsi zamanı isə tərəflər arasında bağlanmış müqavilədən asılı olaraq müxtəlif hüquqi nəticələr yarana bilər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu mexanizm startapların ixtisaslı mütəxəssisləri cəlb etməsi və onları şirkətdə saxlaması üçün mühüm vasitə olacaq. Onun sözlərinə görə, beləliklə əməkdaşlar yalnız maaş alan işçi deyil, həm də şirkətin gələcək uğurunda maraqlı tərəfdaşa çevriləcəklər.
Qeyd edək ki, pay və ya səhm proqramı çərçivəsində əldə olunan səhmlər əməkhaqqı hesab edilməyəcək və maaşın əvəzi kimi ödənilməyəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO
-
Cəmil ata olacaq - FOTO
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
XƏBƏR LENTİ
-
Bakıda mağaza işçisi obyektdən 10 min manat oğurladı
-
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - (Video)
-
Bakıda DİN-dən əməliyyat: 51 kiloqram marixuana və 2000 ədəd metadon həbi ələ keçirildi
-
Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO
-
Kambyaso “Barselona”ya transfer olunmaq istəyir
-
Cəmil ata olacaq - FOTO
-
"Zirə"nin də Avro kubokdakı potensial rəqibləri müəyyənləşdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"
-
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
-
Azərbaycanda işçilərə şirkətlərdə pay verilməsi təklif edilir - Yeni mexanizm
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
-
Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
-
Elgiz efirə qayıdır - Özü açıqladı
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
Bloqer Ayselin zəhərlənib, vəziyyəti yaxşı deyil - FOTO
-
İmdad Əlizadə "Ölkə.az" saytının baş redaktoru təyin edildi
-
"Real" portuqaliyalı ulduzu transfer etdi
-
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
-
Mehmet Ali Erbil haqqında yeni iddia: 21 yaşlı qızı iş bəhanəsi ilə evinə çağırıb





