Hadisə, Kriminal

Bakıda DİN-dən əməliyyat: 51 kiloqram marixuana və 2000 ədəd metadon həbi ələ keçirildi

17 İyun 2026 17:18
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində 26 yaşlı Nicat Həsənov tutulub.

Məlumata görə, onun üzərindən və saxlanıldığı ünvandan ümumilikdə 51 kiloqram tərkibinə müxtəlif zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, N.Həsənov xaricdə yerləşən narkotik şəbəkələrinin göstərişləri əsasında ölkə daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkili ilə məşğul olub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.