Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu (Foto)
İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.
XİN-dən verilən Milli.Az-a məlumata görə, görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayaraq, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.
Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəssiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.
Nazir Azərbaycanın uzun illərdir Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edərək, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu istiqamətdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
XƏBƏR LENTİ
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Canlı yayımda faciə: Bloqerə bıçaqlı hücum oldu - (Video)
-
Xanım şəhid qardaşına verdiyi sözdən danışdı: “Davam edə bilməzdim” - (Foto-Video)
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər





