Revanşist siyasətdən çəkinin, reallığı dərk edin! - Rəsmi Bakıdan İrəvana çağırış
Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma "etnik təmizləmə" və "soyqırımı" nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır.
Milli.Az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.
Qeyd edilib ki, Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırım aktları törətdiyi məlumdur: "Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməni cəsədi Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub.
Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb





