Siyasət

Prezident: "Dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib"

18 Fevral 2023 22:56
Baxış: 772

Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib. Bu, blokadanın olmadığını sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında söyləyib.

Dövlət başçısı deyib: "Dekabrın 12-dən bu günədək, - bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.