Siyasət

Prezident: Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir

18 Fevral 2023 21:31
Baxış: 553

Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: "Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.