Siyasət

Rus ordusunun hücumunun qarşısı alındı - Ağır döyüşlər gedir

18 Fevral 2023 20:04
Baxış: 886

Luqansk vilayəti və Donetsk, eləcə də Xarkovda rus ordusunun hücumunun qarşısı alınıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, son 24 saat ərzində əsgərlərimiz Luqansk, Donetsk və Xarkovun 20 yaşayış məntəqələrində düşmən hücumunun qarşısı alınıb:

"Həmçinin, ötən sutka ərzində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Qryanikovka və Sinkovka yaşayış məntəqələri yaxınlığında düşmənin hücumlarını dəf ediblər.

Rus işğalçıları beş istiqamətdən hücuma keçib. Söhbət Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərindən gedir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.