Siyasət

Finlandiya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

14 Fevral 2023 08:32
Baxış: 412

Finlandiya Ukraynaya hərbi yardım hazırlayır. Bu artıq 13-cü paket olacaq, lakin ora nələrin daxil olacağı hələ məlum deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto açıqlamasında deyib.

"Finlandiya Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı hələ yekun qərar verməyib".

Onun sözlərinə görə, hazırda Ukraynaya ağır texnikanın göndərilməsi ilə bağlı intensiv müzakirələr gedir.

"Bu və ya digər şəkildə biz bu təşəbbüsün tərkib hissəsi olacağıq, ona görə də biz Almaniya, Polşa və digər ölkələrlə daim dialoq aparırıq", - nazir bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.