Siyasət

Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - FOTO

11 Fevral 2023 08:27
Baxış: 973

Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

Milli.Az bildirir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "ASAN Könüllüləri", "Gənc Könüllülər", "BİR Könüllü", "Aqrar İnkişaf Könüllüləri", "Böyük Qayıdış" könüllüləri və "Ekokönüllülər" təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan "Naxçıvan Könüllüləri" ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.