Siyasət

Bu ölkələr Ukraynaya minlərlə top mərmisi göndərir

31 Yanvar 2023 08:13
Baxış: 694

Fransa və Avstraliya Ukraynaya minlərlə 155 millimetrlik top mərmisi göndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna, müdafiə naziri Sebastian Lekornu, Avstraliyanın xarici işlər naziri Penni Vonq və müdafiə naziri Riçard Marles Fransanın paytaxtı Parisdə birgə bəyanatla çıxış ediblər.

Kolonna qeyd edib ki, hər iki ölkə əməkdaşlığı genişləndirməyə razılaşıb.

Fransanın müdafiə naziri iki ölkənin birlikdə Ukrayna üçün minlərlə top mərmisi istehsal edəcəyini də qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.