Siyasət

Rusiya o ölkəni də “qara siyahı”ya saldı - “Artıq dostumuz deyilsiz”

24 Yanvar 2023 21:29
Baxış: 1 129

Rusiya xarici işlər naziri Sergey Lavrov Yunanıstanın ölkəsinə qarşı sanksiya tətbiq edən ölkələrin sırasına qatılmasını tənqid edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, nazir artıq Yunanıstanın Rusiyanın dostu olmadığını bildirib.

"Yunanlarla dost idik. Ölkə rəhbərliyinin mövqeyində baş verən dəyişikliyi qeydə aldıq. Amerika reseptinə boyun əyməyə razı və ya məcbur oldular. Rusiyaya qarşı təcavüzü bu qədər məmnuniyyətlə qəbul edənlər haqqında nəticə çıxarırıq", - Lavrov bildirib.

Yunanıstan və Yunan Kiprinin son illərə qədər Rusiyaya qarşı ən mehriban davranan ölkələr arasında olduğunu söyləyən nazir çoxlu ortaq mədəni və təhsil fəaliyyətlərinin olduğuna da diqqət çəkib:

"İqtisadi əməkdaşlıq qarşılıqlı maraqlar naminə fəal inkişaf edirdi. Sanksiyaları tətbiq edənlərin cəbhəsinə və anti-Rusiya fəaliyyətləri ilə məşğul olan liderlər qrupuna keçmə sürəti qəribədir. Bu, yunanların maraqlarını deyil, aqressiv müxalifətin xəttini əks etdirir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics