Böyük bir bəlanın başlanğıcı - Dünya üç həftədən sonra...
Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, yaxın iki-üç həftə Ukraynadakı münaqişə üçün həlledici olacaq.
Milli.Az bununla bağlı yerli və xarici ekspertlərin fikrini öyrənib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə açıqlamasında bildirib:
"Hər dəfə belə açıqlamalardan sonra müəyyən qarışıq proseslərin şahidi oluruq. Bu cür bəyanartları təhlil etmək üçün bir xeyli vaxt lazımdır.
Onu deyə bilərəm ki, həm Rusiya, həm də Ukrayna tərəfi bu müharibədən artıq xeyli yorulub. Bu müharibə bir ay da davam etsə, daha qeyri-adi nəsə gözləmək olmur. Çünki qitənin yarısı artıq bu müharibənin içindədir.
Bu mənada Şarl Mişel haqlıdır. Nəzərə alsaq ki, Rusiyanın böyük bir canlı qüvvə ilə Ukraynaya hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları dolaşır, demək ki, dünya qarşıdakı iki-üç həftənin Rusiya-Ukrayna münaqişəsi üçün həlledici olacağına şahid ola bilər. Bundan sonra bu müharibədə artıq hər gün həlledicidir".
Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadzenin Milli.Az-a Şarl Mişelin Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərhini təqdim edirik:
"Şarl Mişel tamamilə haqlıdır. Əlbəttə ki, növbəti iki-üç həftə əvvəlki iki-üç həftə kimi vacib olacaq və bundan sonrakı günlər və həftələr müharibənin sonuna qədər vacib olacaq.
Mişelin birdən-birə belə şərh verməsi təəccübləndirə bilər. Düşünürəm ki, proseslər səsləndiyindən daha asandır. "Ramştein" sammiti silah təchizatı, sanksiyalar və müharibə ilə bağlı konkret qərarların verilməsi baxımından olduqca vacib danışıqlar məkanına çevrilib.
Müharibənin sonrakı gedişi - təkcə hərbi savaş yox, bura informasiya müharibəsi də daxildir - bununla konkret məşğul olan işçi qrupların nə qədər effektiv olmasından və bu həllərin yerdə nə qədər tez həyata keçiriləcəyindən çox asılıdır. Bu mənada, növbəti iki-üç həftə həqiqətən çox vacib olacaq.
Almaniya artıq üçüncü ölkələrdən "Bəbir"lərin (tank) tədarükünə mane olmayacağını bildirib. Hələ ki söhbət Polşadan gedir, amma bu, eyni zamanda böyük bir bəlanın başlanğıcıdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)





