Siyasət

Rusiya XİN təsdiqlədi: Laçın yolu humanitar məqsədlər üçün açıqdır

12 Yanvar 2023 13:51
Baxış: 1 273

Laçın yolu ilə humanitar yardım kolonları keçir.

Bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya daxili işlər, müdafiə nazirlikləri və Qarabağdakı sülhməramlı kontingentin komandanlığının xətti ilə de-eskalasiya üçün ardıcıl addımlar atılır: "Bütün tərəflər üçün məqbul həllin tapılması vacibdir. Hal-hazırda Laçın yolundan humanitar yardım kolonu keçir. Bir daha qeyd etmək istəyirik ki, sülhməramlılarımıza qarşı ictimai hücum və təxribatlar qəbuledilməzdir. Sülhməramlılarımız regionda sülhün qarantıdır", deyə Rusiya XİN sözçüsü qeyd edib.

Eyni zamanda Zaxarova deyib ki, Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verdi.

"Təəssüf ki, erməni tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün yaxşı fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq", - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.