Siyasət

Paşinyan 22 müxalif deputatın mandatını ləğv edir

12 Yanvar 2023 08:12
Baxış: 1 129

Ermənistan hakimiyyəti 22 müxalifətçi deputatı mandatdan məhrum etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, parlament şurası bu məqsədlə Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Şuranın iclasında müzakirə olunan məsələlərdən biri də "Ermənistan" blokunun deputatlarının mandatlarından məhrum edilməsi olub.

Şuranın qərar layihəsində Konstitusiya Məhkəməsinə müraciət üçün tarix yanvarın 13-ü qeyd olunur.

Parlament sədrinin mətbuat katibi Sovinar Xaçatryan bildirib ki, deputatlar iclaslara gəlməmə həddini keçiblər.

"Hər bir deputat üçün ayrıca - mandatdan məhrumetmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib-edilməməsi üzrə səsvermə keçirilir", - Xaçatryan deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.