Siyasət

Amerikalı həkim Mişanın xəstəliyindən danışdı

12 Yanvar 2023 08:40
Baxış: 1 709

Yanlış diaqnoz və müalicə eks-prezident Mixail Saakaşvilinin səhhətinin kəskinləşməsinə gətirib çıxarıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə amerikalı həkim Stüart Finkel məhkəmədə çıxışında deyib.

O, Saakaşvilidə mədə xərçənginin yaranması təhlükəsi olduğunu bildirib.

Qeyd edək ki, Saakaşvilinin səhhətindən dolayı azadlığa buraxılması, yaxud cəzasının təxirə salınması məsələsinə Tiflis şəhər məhkəməsində növbəti dəfə baxılıb. Saakaşvili hətta onlayn şəkildə də məhkəmədə iştirak etməyib.

Məhkəmə binası qarşısına Saakaşvilinin yüzlərlə tərəfdarı toplaşıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.