Siyasət

Bu, Türkiyənin Rusiyaya xəyanətidir - Şeremet

12 Yanvar 2023 08:58
Baxış: 1 806

Türkiyənin Ukraynaya silah verməsi təsdiqlənərsə, bu, xəyanət kimi qiymətləndiriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet danışıb.

"Türkiyə tərəfinə məsləhət görmürəm ki, rusları axmaq kimi qəbul etsinlər. Əgər Ukraynadakı terrorçu rejimə silah verilməsi rəsmən təsdiqlənərsə, bu, xəyanət kimi qiymətləndiriləcək. Türklər əslində əyləşdikləri budağı kəsirlər", - Şeremet bildirib.

Qeyd edək ki, Türkiyənin Ukraynaya guya kaset bombaları verməsi barədə informasiya yayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.